Martın 2-də səhər – Aleksey Navalnının dəfnindən bir gün sonra insanlar onun “Borisovski qəbiristanlığı”ndakı məzarına axın etməkdə davam ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Plyuşşev bildirib.
“Bütün Borisovski küçəsi boyunca çoxlu təhlükəsizlik qüvvələri, hasarlar var. Qəbiristanlığa sakit gedə bilərsən, səni tələsdirmirlər və istədiyin qədər dayanmağa icazə verirlər. Girişdə su və ya yemək gətirməyə icazə vermirlər, ancaq onları qoyub getməyə icazə verilir. Çoxlu çiçəklər var, insanlar gəlməyə davam edir”, – o deyib.
“Dojd” Aleksey və Yuliya Navalnının anaları bu gün yenidən qəbiristanlığa gəliblər. Lyudmila İvanovna Navalnaya və Alla Vladimirovna Abrosimovanın fotosunu yayıb.