Finlandiyanın Baş naziri Petteri Orpo Avropa İttifaqına müraciət edərək Rusiya ilə sərhədə yaxın bölgələrə maliyyə yardımı göstərilməsini xahiş edib.
Qarabaginfo.az xəbər verir ki, Finlandiya hökumətinin başçısı Moskvanın hərəkətləri səbəbindən iqtisadi cəhətdən zərər çəkdiklərini deyib.
“Rusiyanın hərəkətləri nəticəsində Finlandiya iqtisadi cəhətdən zərər çəkdi. Avropa İttifaqının dəstəyinə ehtiyacımız var. Ümid edirik ki, Avropa İttifaqı Şərqi Finlandiyaya maliyyə yardımı göstərəcək”, – Orpo bildirib.