“Forbes” jurnalı dünyanın ən varlı 10 varisininin adını açıqlayıb.
66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani “Forbes” tərəfindən dünyanın ən varlı varisi seçilib.
Onun imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə satış sahələrini əhatə edir və sərvəti 116 milyard dollar qiymətləndirilir.
Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dxirubxay Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar. Ancaq daha sonra Anil şirkətləri müflis olduğu üçün dünyanın ən varlı varisləri reytinqindən çıxıb.
Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Betankur-Mayers qərarlaşıb. Dünyanın ən varlı varisləri üçlüyünü isə Cim Uolton tamamlayıb. 75 yaşlı amerikalı “Walmart”da 12% paya sahibdir və “Arvest” ailə bankına rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar qiymətləndirilir.
Bundan başqa, ilk 5-liyə Uoltonun qohumları – qardaşı Rob (77,4 milyard dollar) və bacısı Elis (72,3 milyard dollar) daxil olub.
Ən varlı varislər onluğunda həmçinin “Thomson Corporation”ın rəhbəri Devid Tomson (66 milyard dollar), “Koch Industries” səhmlərinin 42%-nin sahibi Culiya Kox (64,3 milyard dollar), “Ferrero Group” səhmlərinin 75%-nin sahibi Covanni Ferrero (43,8 milyard dollar), “Red Bull” səhmlərinin 49%-nin sahibi Mark Mateşiç (39,6 milyard dollar) və “Mars” şirkətinin varisi Jaklin Mars (38,5 milyard dollar) qərarlaşıb.
“Forbes” dünyanın ən varlı 10 varisini açıqlayıb
Tarix: 16-04-2024 | Saat: 20:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
141 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-04-2024 | Saat: 20:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-07-2022, 12:54
Türkiyəli nazir: "Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir"
17-07-2020, 18:36
DTX Rauf Xələfovla bağlı məsələyə aydınlıq gətirdi
21-10-2021, 22:43
Putin Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına münasibət bildirib
14-01-2022, 12:41
Aİ Türkiyə və Ermənistan arasında görüşü alqışlayır
23-03-2021, 15:19
Sürücü maşını kanala aşırdı - Anası öldü, ailəsi xəstəxanalıq oldu
31-08-2021, 09:53
Emin Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək
23-12-2021, 19:25
Prezident Dövlət Neft Fondunun gələnilki büdcəsini təsdiq edib
15-10-2020, 15:22
Senator: "İtaliya hökuməti Ermənistanın müharibə cinayətlərini qəti şəkildə pisləməlidir"
19-03-2021, 16:18
Prezidentin köməkçisi: "Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək"