Saytımızı qiymətləndirin


 
 

“Ukrayna bu hücumla bağlı məsuliyyətdən qaça bilməyəcək”- LAVROV
Tarix: 09-04-2024 | Saat: 11:11
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Zaporojye AES-ə edilən son hücumla bağlı məsuliyyətdən qaça bilməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Van İ ilə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının planlaşdırılan iclasında Rusiya Ukraynanın zavoda hücumlarına qiymət verilməsinə çalışacaq.

“Biz bu məsələni MAQATE-nin icraçı şurasının, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarına çıxaracağıq və orada Ukrayna rejiminin hərəkətlərinə heç bir tərəddüd etmədən birbaşa qiymət verilməsinin zəruriliyində israr edəcəyik”, – Lavrov bildirib.

Nazir əlavə edib ki, Zaporojya AES-ə hücum fonunda Rusiya MAQATE ilə əməkdaşlıq edəcək.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər