Ukrayna Zaporojye AES-ə edilən son hücumla bağlı məsuliyyətdən qaça bilməyəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Van İ ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının planlaşdırılan iclasında Rusiya Ukraynanın zavoda hücumlarına qiymət verilməsinə çalışacaq.
“Biz bu məsələni MAQATE-nin icraçı şurasının, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarına çıxaracağıq və orada Ukrayna rejiminin hərəkətlərinə heç bir tərəddüd etmədən birbaşa qiymət verilməsinin zəruriliyində israr edəcəyik”, – Lavrov bildirib.
Nazir əlavə edib ki, Zaporojya AES-ə hücum fonunda Rusiya MAQATE ilə əməkdaşlıq edəcək.