Saytımızı qiymətləndirin


 
 

Qərbdən Ermənistana 300 milyon avrodan çox DƏSTƏK
Tarix: 05-04-2024 | Saat: 14:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Qərbdən Ermənistana 300 milyon avrodan çox DƏSTƏK

 

Avropa İttifaqı (Aİ) 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.

 

O qeyd edib ki, Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayır. “Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk. Biz Ermənistanın iqtisadiyyatını və cəmiyyətini inkişaf etdirmək və davamlı etmək üçün Ermənistana sərmayə qoyacağıq”.”, - Lyayen deyib. 

 

Avropa rəsmisi Qarabağdan könüllü gedən ermənilər üçün də 30 milyon avro ayrılacağını vəd edib.

 

ABŞ dövlət katibi Antoni Blinken isə Ermənistana 65 milyon dollar sərmayə qoyacaqlarını açıqlayıb.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər
21-03-2022, 21:03 Paşinyandan yeni təyinat