Tarix: 05-04-2024 | Saat: 11:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Aprel döyüşləri xalqımızda qələbəyə olan inamı daha da artırıb. Dövlətimizin torpaqlarımızın azad olunması üçün səylə çalışdığını bir daha göstərib. Zəfərdən sonra Cocuq Mərcanlı kəndi qısa vaxtda bərpa olunaraq əhalinin ora köçürülməsi təmin olundu. Burada yeni məktəb, klub, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri məscid inşa olunub”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif edirəm. Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq hələ də fəaliyyətə başlamayıb”,- deyə deputat qeyd edib.
Digər xəbərlər