Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Rusiyanın təsir dairəsindən uşaqlaşır - Hər təhlükəyə hazır olmalıyıq
Tarix: 19-07-2022 | Saat: 16:21
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan Rusiyanın təsir dairəsindən uşaqlaşır – Hər təhlükəyə hazır olmalıyıqsharethis sharing button

Azərbaycan böyük məharətlə Rusiyanın təsir dairəsindən uşaqlaşmağı bacarır

Nəhayət! 1988-ci ildən bəri başımızın üstünü alan qara kabusun yoxa çıxmaq üzrə olduğunu indi rahatlıqla söyləmək mümkündür. Məlum havadarlarının vasitəsilə üstümüzə gələn mənfur düşmənimizin və lobbiçilərinin bütün cəhdlərinə baxmayaraq, avrointeqrasiya istiqamətində böyük sıçryayışa nail olan müstəqil Azərbaycan dövləti bütün dünya üçün qorxunc təhlükə mənbəyinə çevrilən Rusiyanın təsir dairəsindən iri addımlarla və bacarıqla uzaqlaşmaqdadır.

Xatirinizdədirsə, vaxtilə bütün cəmiyyət Qərbin öz nəzərlərini Cənubi Qafqaza yönəldəcəyi günün nə zaman yetişəcəyi sualının cavabını axtarırdı. “Əsrin müqaviləsi”ni imzalamaqla Qərbə doğru addım atmağımıza baxmayaraq, Qarabağ probleminin ədalətli həllinin tapılmamasını politoloqlar və ekspertlər qlobal məsələlər fonunda başıbəlalı regionumuza növbənin çatmaması ilə izah edirdilər.

Bu mənada, 18 iyul 2022-ci il tarixi Azərbaycan salnaməsinə yazılan xüsusi GÜNdür. Bakı şəhərində Azərbaycanla Avropa İttifaqı arasında Avropaya qaz ixracının ikiqat artırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması  Qərbin bölgəmizə marağının gəlib çatdığını sübut edən amildir.

  Beynəlxalq ekspertlər bu sazişin imzalanmasını, Avropa İttifaqının səyləri ilə Azərbaycanla Ermənistan arasından birbaşa danışıqların başlanmasını, Azərbaycan Prezidentinin köməkşici,  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşünü, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Rusiyanın forpostu olan Ermənistana səfər etməsini ciddi tərəfdaş kimi Azərbaycana etibar edilməsi və Qərbin Cənubi Qafqaz bölgəsini Rusiyanın təsir dairəsindən birdəfəlik qurtarmaq istəyi kimi qiymətləndirirlər.

Hazırda cərəyan edən proseslər həm də ölkəmizdə baş verən xoşagəlməz hadisələrə də aydınlıq gətirir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, Avropaya inteqrasiyasında, Rusiyanın təsir dairəsindən uzaqlaşmasında maraqlı olmayan qüvvələr iqtisadi və sosial problemlər sarıdan əziyyət çəkən əhalinin durumundan sui-istifadə etmək niyyətlərini aşıq-aşkar ortaya qoyublar.

  Elə Milli Məclisin sədr müavini Adil Əliyevin musavat.com-a müsahibəsində “əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir”, “hakimiyyətdəki “5-ci kolon”un nümayəndələri ilə bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar” və “Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir” kimi açıqlamaları durumun ciddi olmasından xəbər verir. Əgər vitse-spikerin dilə gətirdikləri həqiqətdirsə, nədən bu təhlükənin qarşısının alınmadığı da ciddi sual doğurur.

Son 30 illik müstəqillik dövrümüzdə dəfələrlə cəmiyyətdə gərginliyin yaranmasına cəhdlər göstərilib. Bu proseslər xüsusilə də Azərbaycanın taleyüklü məsələlər istiqamətində addımlar atmağa hazırlaşdığı dönəmlərdə cərəyan edir. Elə qazi Elvin Cəfərovun intihar etməsi kimi dəhşətli hadisənin də Azərbaycanın Avropa İttifaqı ilə energetika sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memerondumunun imzalanması ərəfəsində baş verməsi də bu nəticəyə gəlmək üçün əsas verir. Qazini dəhşətli ölümə doğru addım atmaqdan çəkindirmək əvəzinə, buna həvəsləndirənlərin indiyədək aşkarlanmaması da mübhəm məsələdir…

Odur ki, iqtidarlı-müxalifətli bütün xalqın ayıq-sayıq olması, cəmiyyətdə barışın əldə olunması, dövlət məmurlarının öz vəzifələrini məsuliyyətlə icra etməklə xalqın əsəblərini tarıma çəkməməsi, onu hakimiyyətdən, dövlətdən narazı salmaması, sosial-iqtisadi problemlərin qalib xalqın adına layiq şəkildə çözülməsi, ilk növbədə, ölkəmizə lazımdır. Çünki yalnız bu halda Azərbaycanın müstəqil dövlət olaraq güclənməsini, demokratik dəyərlərin təşəkkül tapdığı Qərbə, Avropaya inteqrasiyasını qətiyyən arzulamayan ermənilərin və havadarlarının planlarının tam və birdəfəlik alt-üst edilməsinə nail olmaq mümkündür.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər