Saytımızı qiymətləndirin


 
 

Şəxsiyyət pozuntusu olan insanlar cəmiyyətdən tamamilə təcrid olunmalıdır - Psixoterapevtlə MÜSAHİBƏ
Tarix: 01-04-2024 | Saat: 13:07
Bölmə:Karusel / Sosial | çapa göndər

Şəxsiyyət pozuntusu olan insanlar cəmiyyətdən tamamilə təcrid olunmalıdır - Psixoterapevtlə MÜSAHİBƏ

 

Səhiyyə naziri Teymur Musayev bildirib ki, psixi sağlamlıq üzrə Milli Strategiya hazırlanır. Onun sözlərinə görə, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması Səhiyyə Nazirliyinin planlarındadır.

 

Nazir qeyd edib ki, “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib.

 

Ümumiyyətlə Azərbaycanda son dövrlərdə psixologiya ilə bağlı mövzular ciddi müzakirə olunur. Modern.az mövzunun aktuallığını nəzərə alaraq bir müddət əvvəl psixoterapevt Elmir Əkbərlə müsahibə edib.

 

Müsahibəni təqdim edirik:

 

- Elmir bəy, insan necə psixi xəstə olur? Sonradan psixi xəstəliyə tutulmaq mümkündürmü?

 

- Öncə bir neçə anlayış arasında çox ciddi fərq olduğunu aydınlaşdırmalıyıq. Psixoloji və psixiatrik anlayışlar tamam ayrı anlayışlardır. Burada nevrozlar, Obsessiv Kompulsiv Pozuntu (OKP), təşvişlər, həyəcan pozuntusu, fobiyalar, depresiyalar, sıxıntı, gərginlik və sair var. Psixiatrik xəstəliklərə psixozlar, şizofreniya daxildir. Bundan əlavə, anadangəlmə ağıl zəifliyi, oliqofreniya, debillik kimi xəstəliklər var.

 

Nevroloji xəstəliklər insanda çox ciddi əqli-psixi fəaliyyət problemləri, gerilik yaradır. Məsələn, Alzaymer, Tik, Parkinson, İflic, İnsult xəstəlikləri. Bu anlayışlar hamısı bir-birindən yerlə-göy qədər fərqlənir. 

 

Bu zaman psixoterapevtə müraciət etmək lazımdır. Xüsusən qeyd etməliyəm ki, həkim psixoterapevt, ancaq o insandır ki, onun diplomunda bu ixtisas yazılsın. Psxiatr hələ psixoterapevt deyil, psixoterapevt olmaq üçün digər ixtisaslardan dəfələrlə çox təhsil almaq lazımdır. Mən bütün bu təhsil pilləsində təhsil almışam. Eyni zamanda bunlardan əlavə, klinik psixologiya da üzrə təhsilim var. 

 

- Yüngül və ağır psixi pozuntular nədir? Psixi xəstəliklərin yaranmasına səbəb nə olur? 

 

- Birinci qrupa aid olan psixoloji və psixaterapevtik problemlər hərkəsdə, normal insanlarda rast gələ bilər. Bunun yaranma səbəbi yaşadığımız həyat və həyata münasibətdən irəli gəlir. İnsanın uşaqlıqdan həyata baxış bucağı formalaşır. Bu ailənin, mühitin təsirindən sonra isə öz şəxs seçimi nəticəsidə baş verir. İnsan həyata bir tərzdə baxır.

 

Burada müəyyən ziddiyət, şüuraltı konfilikt yarananda onun reaksiyası baş verən hadisələrə adekvat olmayanda psixoloji problemlərə düçar olur. Bizim hamımız bu vəziyyətlərə düşə bilərik. Gəlirlər, biz onların həyata münasibətlərini aydınlaşdırırıq. Biz onlara yüngül dərmanlar da yazırıq ki, dəstək olsun. Çünki, axı insan illərdir problemin içərisində yaşayıb... Nəticədə, onun beynidə problem yaranıb. Onu aradan qaldırmaq üçün bəzən dəstəkləyici dərmanlar yazırıq. Daha tez sağalması üçün. Eyni zamanda seanssız müalicə mümkün deyil. Ancaq nevroloqlardan, ağır psixozlarla işləyənlərdən fərqli olaraq, heç vaxt ağır, güclü yan təsiri olan, aslılıq yaradan dərmanlar yazmıram.

 

- Maraqlıdır ki, bu xəstəliklər arasında irsiyyət faktoru nə qədərdir?

 

- Bu xəstəliklərin, psixozların yaranmasının əsas mahiyyətində məsələn, şizofreniyada əsas faktor bioloji, genetik faktordur. İrsiyyət faktoru, sonradan yaşadığı hər hansı travmatik situasiya provikasiya edir, nəticədə xəstəlik yaranır. Embesillər, idiotlar təəssüf ki, hərəkət, davranış qabiliyyətləri çox məhdud olan insanlardırlar. Onlara baxarkən də asanlıqla müəyyən etmək mümkündür.

 

- Psixoz xəstələr cinayət törətməyə niyə meyillənirlər? Müalicə ilə bunun qarşısını almaq mümkündürmü? 

 

- Psixozlu xəstələr psixoz tutması zamanı elədikləri hərəkətlər cavabdehlik daşımırlar. Onlar anlaqsız hesab olunurlar. Yaxşı olar ki, xəstəliyin tutması zamanı onlar daha ağır perapartlarla, stasinor şəkildə müalicə alsınlar. Anlaqsız hesab olunan insanlar psixoz vəziyyətində qanunazidd hərəkətlər törədə bilirlər. Anadangəlmə ağıl zəifliyi olan insanlar başqa kateqoriyadandırlar. Məsələn, onlar içərisində yüngülü debillikdir ki, Azərbaycanda çox geniş yayılıb.

 

- Siz necə düşünürsünüz, bu şəxsləri cəmiyyətdən təcrid olunmalıdırlarmı? 

 

- Burada şəxsiyyət pozuntusu deyilən bir dioqnoza xüsusi yanaşmaq lazımdır. Buna xarakterin patalogiyası da demək olar. Şəxsiyyət pozuntusunun müxtəlif növləri var. Aralarında kifayət qədər təhlükəli olan narsistlikdir. Narsistlər ətrafdakı insanları tamamən bədbəxt vəziyyətə gətirib, pis günə qoyurlar. Antisosial şəxsiyyət pozuntusu (AŞP) olanlar ağır, saysız hesabsız, manyak cinayətlər törətməyə qadirdirlər. Mən təklif edirəm ki, onların bəzi qismi cəmiyyətdən tamamilə təcrid olunsunlar. Onlar seriya qətllər törətməyə meyillidirlər. Bu istəsələrdə, düzəlməsi mümkün olmayan bir haldır. 

- Psixi pozuntu olduğunu öncədən necə müəyyən etmək olar? Həmçinin ölkədə psixiatra, psixoterapevtə müraciət edənlərin sayı azdır. Sizcə bunun səbəbi nədir?

 

- Bütün sadaladığım problemlərin hamısı uşaq yaşlarında artıq bizə, mütəxəssislərə bəlli olur. O uşağın davranışı və mülahizələrinin analizi nəticəsində uşaqda davranış pozuntusu olur. Bu uşaqlarda yeniyetməliyi bitir-bitirməz xəstəliklərə, şəxsiyyətin pozuntusuna çevrilir. Hər hansı bir xəstəlik baş qaldıranda ətrafda valideynlərə deyirlər ki, həkimə getməyə ehtiyac yoxdur, keçid dövrüdür, öz-özünə düzələcək. Sonra problem ağırlaşanda tövsiyə edirlər ki, uşağı aparsınlar falçının yanına, amma bizə gətirməsinlər. Halbuki psixoterapiya dünyada ən elit xidmət növüdür. 

 

Bura, ancaq seçilmiş zəkalı insanlar müraciət edir. Elə Azərbaycanın özündə də yanıma gələn ziyalı, zəkalı yüksək şüra malik insanlar var. Ancaq təəssüf ki, əksər valideynlər zamanında gətirmirlər. Uşaq, yeniyetmə vaxtı valideyn problem gördükdə gətirsə, vaxtında düzgün diaqnoz qoyub müalicə etmək olar. Çünki ən ağır, hətta irsi, bioloji sütünü olan xəstəliyə belə düzgün diaqnoz qoyaraq, o xəstəliyin qarşısını almaq olar. Əsas iki istiqamətə diqqət yetirmək lazımdır. 

 

Belə uşaqlar özünü qəzəbli, aqressiv, şübhəli aparırlar. Xüsusən də valideynlərindən birinə ya anaya, ya ataya qarşı qəzəbli olurlar. Ya da bacı, qardaşlarına bu qəzəbi tökürlər. 

 

Belə uşaqlar özlərinə qapalıdırlar, heç nədən zövq almırlar , otağından çıxmaq istəmirlər. İradələri zəifləyir, bəzən öz gigiyenalarına belə riaət etmək istəmirlər. Əgər valideynlər zamanında gətirsinlər, ağır xəstəliyin, cinayətin qarşını alınar. Mən düşünürəm, ən az profilaktika tədbiri olaraq, bir- iki seans gətirsələr yaxşı olar.

 

Təəssüf ki, bəzi insanlarda cəhalət, cahillik, nadanlıq höküm sürür. Onlar psixoterapevtlə, psixoloqun nə olduğunu bilmirlər. Hara nə üçün getmək lazım olduğunu belə bilmirlər. Amma görürsüz ki, qaranlıq işləri çox yaxşı bacarırlar.(modern.az) 



Xəbəri paylaş

141 dəfə oxunub.

Digər xəbərlər