Saytımızı qiymətləndirin


 
 

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
Tarix: 29-03-2024 | Saat: 17:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibə keçirilir.

İdarədən bildirilib ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edirlər.

Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılır. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınır.

Təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil ediləcəklər.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər
7-12-2020, 14:22 TƏBİB məlumat yaydı