Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN xaricə səfərlər planlaşdıran ruslara müraciət edib
Tarix: 27-03-2024 | Saat: 11:09
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi xaricə səfərlər planlaşdıran ruslara müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, nazirlik vətəndaşları ayıq olmağa çağırıb.

“Xaricə səfərlər planlaşdıranlar mümkün və ya real təhlükəsizlik təhdidləri haqqında məlumatla tanış olmalıdırlar. Diplomatik resurslardan hərbi-siyasi böhranlar, terror təhlükələri, təbii və texnogen xarakterli fövqəladə hallar, həmçinin epidemioloji vəziyyətlə bağlı məlumatlar yoxlanılmalıdır”, – XİN-dən bildirilib.

O da qeyd olunub ki, yenilənmiş materiallar mütəmadi olaraq nazirliyin məlumat lentlərində, Rusiya diplomatik nümayəndəliklərinin, konsulluq departamentinin və Rusiya Xarici İşlər Nazirliyinin veb-saytlarında, o cümlədən yenilənmiş resursun müvafiq bölməsində – “Xaricdə köməkçi” mobil proqramında yerləşdirilir.



Xəbəri paylaş

143 dəfə oxunub.

Digər xəbərlər