Saytımızı qiymətləndirin


 
 

Avropa təsisatları acınacaqlı vəziyyətdədir - Prezidentin köməkçisi
Tarix: 14-03-2024 | Saat: 14:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Avropa təsisatları acınacaqlı vəziyyətdədir - Prezidentin köməkçisi

Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir.

 

Qarabaqinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

 

H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib.

 

“Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”, - deyə o əlavə edib



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər