Putinin Paşinyana qoyduğu tələb mətbuata sızdı: Azərbaycanla demarkasiya sənədi təsdiqlənməlidir!
Tarix: 04-12-2021 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
334 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-12-2021 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın ötən axşam parlamentdə deputatlarla keçirdiyi iclasın gecə saatlarına qədər davam etdiyi, toplantının gərgin və əsəbi şəraitdə keçdiyi barədə məlumat yayılıb.
Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, “Hraparak”ın məlumatına görə, hakim “Mülki müqavilə” partiyasının deputatları ilə görüşdə Paşinyan bəzən elə qışqırırmış ki, onun səsi hətta parlamentin dəhlizlərində eşidilirmiş.
“İclasdakı atmosferin gərginləşməsinə, Paşinyanın deputatlarla sərt tonda danışmasına səbəb bu imiş: baş nazir deputatlara deyib ki, delimitasiya başa çatdıqdan sonra parlamentdə sərhədin demarkasiyası ilə bağlı dövlətlərarası sənədin təsdiqi aparılmalıdır. Yəni hər kəs Paşinyanın qərarına görə məsuliyyət daşıyacaq. İclasda Azərbaycanın şərtlər irəli sürdüyü, əsasən də dəhliz məsələsində israr etdiyi bildirilib”,- “Hraparak” yazıb.
Qəzetin əldə etdiyi məlumata görə, sözügüdən sənədin parlament tərəfindən təsdiq edilməsi tələbi Paşinyana Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub.
“Ermənistanın baş nazirinin etibarsız tərəfdaşlıq davranışı, Qərblə “aşağıdan” oyun oynamaq cəhdlərini görən Putin Paşinyanı qucağında saxlamaq və baş nazirin dəyişməsi ilə hər hansı razılaşmadan imtina etmək ehtimalından özünü sığortalamaq qərarına gəlib. Bir ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya olunmuş hər hansı bir sənəd bir nəfərin təsdiq etdiyi sənəddən daha etibarlıdır. Xüsusilə də o proseslərdən sonra Nikol Paşinyanın hansı aqibətlə üzləşəcəyi məlum deyil. Qeyd edək ki, demarkasiya və demarkasiya işlərinin ən qısa zamanda, 6 ay ərzində həyata keçirilməsi planlaşdırılır”.
Xəbəri paylaş
Digər xəbərlər
23-10-2020, 12:08
Erməni təxribatı nəticəsində 90 yaşayış binası, 2156 yaşayış evi, 398 mülki obyekt yararsız hala düşüb
27-09-2022, 09:47
“Qaçqınkom”-un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası müəyyənləşib
14-12-2023, 14:58
Almaniya Gürcüstana namizəd ölkə statusunun verilməsini dəstəkləyir
19-02-2022, 13:53
NATO ölkələrinin hərbi büdcəsi 270 mlrd. dollar artıb
6-05-2024, 11:33
“Avroviziya”da Azərbaycan təmsilçiləri qalib gələ bilməyəcək
14-01-2025, 15:17
HAMAS: Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanın yekun mərhələsinə nail olunub
8-05-2021, 16:26
Nazirlik itkin düşən hərbçilərin adların açıqladı
8-10-2020, 12:15
Məhv edilən daha 30 erməni hərbçisinin SİYAHISI
18-09-2020, 12:54
Baş Prokurorluq: “Masazır” gölünə baxış keçirilib
22-06-2023, 17:37
Ərdoğan 68 nəfəri nazir müavini təyin etdi