Saytımızı qiymətləndirin


 
 

Prezidentin yüksək vəzifə verdiyi Elçin Yusubov kimdir?
Tarix: 07-03-2024 | Saat: 14:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

prezidentin-yuksek-vezife-verdiyi-elcin-yusubov-kimdir

Xəbər verdiyimiz kimi, dövlət başçısının imzaladığı Sərəncamla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bu Sərəncamadək Elçin Yusubov 4 il müddətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsini icra edib.

1975-ci il təvəllüdlü E.Yusubov daha əvvəl özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində və “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

O daha əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini də tutub.

2020-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər