Tarix: 01-03-2024 | Saat: 12:33
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Uşaqlar arasında yayılan və səpgilərlə müşahidə olunan infeksiyalardan biri də koksaki virusudur. Son günlər uşaqlar arasında bu virusa yoluxma halları müşahidə edilir.
Virusun əlamətləri daha çox su çiçəyi ilə oxşar olduğundan müalicəsi bəzən səhv aparılır. Bu isə öz növbəsində ağır fəsadlara gətirib çıxara bilər.
Bəs bu virusa yoluxan zaman müalicə necə olmalıdır?
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı İTV-yə danışan pediatr Günay Rəsulovanın sözlərinə görə, uşaqlarda müşahidə olunan bu simptomlar koksaki virusunun əlamətləridir:
“Koksaki virusu ağız bölgəsində, ağız içində, əllərində, dirsəklərdə, ayağ altı, diz bölgələrində lokallaşan içi suluqlu, ilk görüşdə suçiçəyinə bənzəyən bir virusdur. Hər ikisi qaşınan və ağrılı səpkilərdir. Suçiçəyində olduğu kimi koksaki virusunda da qızdırma yüksək, dərmana tabe olmayan qızdırma ola bilir. Ağrılı virus olduğuna görə əsasən ağız içi, boğaz nayihələrində olduğunu görə uşaqlarda yeməkdən, sudan imtina etmə hallar ola bilir. Bu yoluxucu virusa uşaqlar hava-damcı yolu ilə yaxud da çirkli məhsullar vasitəsi ilə yoluxurlar. Səpkilər iki üç bəzən on gün davam edə bilər”.
Pediatr qeyd edib ki, əgər bu dövrdə ikinci virusa yoluxma olarsa, vəziyyət daha da ağırlaşır:
“Ən böyük yanlışlardan biri bu xəstəlik zamanı qızdırma da yüksək olduğuna görə uşağa antibiotik başladılmasıdır. Bu xəstəlikdə digər virus infeksiyalarında olduğu kimi ikincil bakterial infeksiya olduğuna əmin olmadan antibiotik verilməsi uşağın daha da immunitetini düşürüb, virusun daha da şiddətlənməsinə səbəb ola bilər.
Odur ki, bu virusla bərabər ikincil bakteriyaya uşaqda yoluxama varsa, pnevmoniya, ensefalit kimi ağırlaşmalar görülə bilər. Yoluxma zamanı xüsusi qida rasionuna əməl etməyə ehtiyac yoxdur. Sadəcə bol maye qəbuledilməsinə diqqət yetirilməlidir”.
Digər xəbərlər