Saytımızı qiymətləndirin


 
 

BP-nin vitse-prezidenti Bakıya GƏLDİ
Tarix: 27-02-2024 | Saat: 16:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

BP-nin vitse-prezidenti Bakıya GƏLDİ

BP-nin strategiya, davamlılıq və müəssisələr üzrə vitse-prezidenti Culia Kerkia bu gündən başlayaraq Bakıda 3-günlük planlaşdırılmış işgüzar səfərdədir.

 

Qarabaqinfo.az “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, səfər zamanı C. Kerkia şirkətin regiondakı işçi heyəti ilə görüşəcək, həmçinin BP-nin regional rəhbərliyi ilə şirkətin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyəti, əməyin təhlükəsizliyi, iş icrası, strategiya və enerji keçidi ilə bağlı məsələləri müzakirə edəcək.

C. Kerkia həmçinin BP-nin əməliyyatçısı olduğu və 2020-ci ildən başlayaraq Avropa bazarlarını təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edən “Şahdəniz Bravo” platformasına səfər edəcək.

 

Səfər proqramı çərçivəsində C. Kerkia Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə görüşəcək. Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və şirkətin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər