Tarix: 28-09-2020 | Saat: 16:30
Bölmə:Karusel / Dünya | çapa göndər
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan-Ermənistan qoşunların təmas xəttində gərginliklə bağlı bəyanat yayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
“Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki silahlı qarşıdurmalardan dərin narahatlığını bildirir.
Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır.
Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır.
Baş katib qarşıdurmada həyatını itirənlər üçün Azərbaycan xalqına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyir”, - deyə bəyanatda bildirilib. APA
Digər xəbərlər