Saytımızı qiymətləndirin


 
 

Mirzoyan-Bayramov görüşü ikitərəfli, yoxsa vasitəçilərlə olacaq?
Tarix: 21-02-2024 | Saat: 16:00
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Mirzoyan-Bayramov görüşü ikitərəfli, yoxsa vasitəçilərlə olacaq?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşü planlaşdırılır.

Qarabaqinfo.azxəbər verir ki, bunu Ermənistan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.


Qriqoryan deyib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və baş nazir müavinləri görüşəcəklər.

Görüşün vaxtı və yeri ilə bağlı hələ dəqiq məlumat yoxdur.


“Baş nazir Paşinyanla Prezident Əliyev arasındakı Münhen görüşündən sonra xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub. İndi məsələ müzakirə olunur. Tarix, vaxt və ya yer hələ bəlli deyil”,- Qriqoryan deyib.


Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Mirzoyan-Bayramov görüşünün ikitərəfli, yoxsa vasitəçilərin iştirakı ilə olacağı hələlik bəlli deyil.

 



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər