Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıya sulu qar yağacaq
Tarix: 15-02-2024 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah Bakıya sulu qar yağacaq

Fevralın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

 

Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

 


Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər