Saytımızı qiymətləndirin


 
 

Anasının başını kəsdi, qonşusunu qətlə yetirdi - Kürdəmirdə dəhşət
Tarix: 09-02-2024 | Saat: 14:14
Bölmə:Karusel / Kriminal | çapa göndər

Anasının başını kəsdi, qonşusunu qətlə yetirdi - Kürdəmirdə dəhşət

 

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalar aparılır.

 

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Aliyev İlham İsa oğlu əvvəlcə anası Əliyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib.



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər