Saytımızı qiymətləndirin


 
 

İsrail fələstinli qiyafəsində əməliyyat keçirdi, 3 nəfər öldürüldü - Anbaan görüntülər
Tarix: 31-01-2024 | Saat: 09:50
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail fələstinli qiyafəsində əməliyyat keçirdi, 3 nəfər öldürüldü - Anbaan görüntülər

 

İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Cenin xəstəxanasına əməliyyat keçirib.

 

Qarabaginfo.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (əsgərləri fələstinli qiyafəsində tibb müəssisəsinə sızıb.

 

Onlar xəstəxanada müalicə alan HƏMAS və İslami Cihad yaraqlısını öldürüblər.

 

Məlumata görə, xəstəxana işçiləri və müalicə alan şəxslərin paltarını geyinmiş təxminən on İsrail əsgəri tibb müəssisəsinə daxil olub.

 

Xəstəxananın direktoru doktor Naci Nazzal "Reuters" agentliyinə bildirib ki, əsgərlər yerli vaxtla səhər saat 5:30 radələrində xəstəxanaya daxil olub, üçüncü mərtəbəyə qalxaraq silahlıların yatdığı palataya gediblər. “Onları soyuqqanlılıqla öldürdülər, müalicə olunduqları otaqda birbaşa başlarına atəş açdılar", - Nazzal deyib.

 

İsrail Müdafiə Nazirliyinin bəyanatında üç yaraqlının xəstəxanada gizləndiyi qeyd edilib. "Bu, “terror təşkilatları tərəfindən mülki ərazilərin və xəstəxanaların sığınacaq və canlı qalxan kimi istifadəsinin daha bir nümunəsidir”, - açıqlamada bildirilir.

 

HƏMAS ölən yaraqlılardan birinin özlərinin, digər ikisinin isə İslami Cihad üzvü olduğunu təsdiqləyib. 

 

Yanvarın 29-da İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, hərbçilər HƏMAS hərəkatının silahlı tərəfdarlarının ümumi sayının dörddə birini öldürüb, daha dörddə biri isə yaralanıb.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər