Saytımızı qiymətləndirin


 
 

Prezident seçkilərində DSK-ların ərazisində müşahidə üçün ərizələrin təqdim edilməsi müddəti sabah başa çatır
Tarix: 31-01-2024 | Saat: 09:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Prezident seçkilərində DSK-ların ərazisində müşahidə üçün ərizələrin təqdim edilməsi müddəti sabah başa çatır

Növbədənkənar prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır.

Qarabaginfo.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 2-dək olan dövrü əhatə edir.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər