Saytımızı qiymətləndirin


 
 

AŞPA Azərbaycanın daxili işlərinə qarışmamalıdır! - Rusiyadan AÇIQLAMA
Tarix: 30-01-2024 | Saat: 17:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

AŞPA Azərbaycanın daxili işlərinə qarışmamalıdır! - Rusiyadan AÇIQLAMA

 

24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

 

Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri qətnaməyə qarşı çıxış ediblər. Səsvermə zamanı isə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.

 

Bu ədalətsiz qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.

 

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyində analitik layihələrin direktoru Mixail Neyzmakov bildirib ki, son zamanlar bəzi avropalı oyunçuların Bakıya daha aktiv təzyiqlərini müşahidə edilir.

 

"Buna səbəb isə Azərbaycanla Rusiya arasında əməkdaşlıq ola bilər. Bigər başqa səbəb bir neçə amilin üst-üstə düşməsidir. Bunlardan biri Azərbaycanda prezident seçkilərinin yaxınlaşmasıdır. Bir qayda olaraq, avropalı siyasətçilər milli seçki kampaniyalarının keçirildiyi dövlətləri təzyiqlərə daha həssas kimi qəbul edirlər”.

 

O qeyd edib ki, bəzi Avropa ölkələri dövlətlərin daxili məsələlərinə qarışırlar:

 

“Məsələn, Avropa Şurası Parlament Assambleyasında Bakını tənqid edən iştirakçılar daha çox Azərbaycanın daxili siyasi durumuna diqqət yetiriblər. Bundan əlavə, 2024-cü ildə Avropa Parlamentinə, eləcə də bəzi Avropa dövlətlərinin parlamentlərinə seçkilər keçiriləcək. Bu, həm də Avropa siyasətçilərini xarici siyasət gündəliyi ilə işləyərkən daha sərt mövzular seçməyə sövq edəcək. Üstəlik, bu siyasətçilərin bəziləri Azərbaycanı tənqid etməklə bərabər, Türkiyəni əsas tərəfdaşı kimi incitməyə çalışırlar.

 

Eyni zamanda, ifrat sağçı Avropa qüvvələri Aİ-yə miqrasiya axınlarının “donoru” və digər ölkələrdən Avropa Birliyinə daxil olmaq istəyən miqrantlar üçün tranzit nöqtəsi kimi Türkiyənin əleyhinədir. Ona görə də deyə bilərik ki, Avropa ölkələrindən Azərbaycana qarşı təzyiqlər bir neçə səbəblərə əsaslanır”.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər