Tarix: 24-01-2024 | Saat: 15:54
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Uzun müddətdir Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında qalmaqal gündəmdədir. Xalq artisti Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi.
Bu gün Nərimanov Rayon Məhkəməsi Flora Kərimovanın iddiasını qismən təmin edib. Belə ki, Afət Telmanqızı xalq artistinə 10 min manat təzminat ödəməlidir.
Qarabaqinfo.az məhkəmə prosesi ilə bağlı Flora Kərimovanın vəkili Xavər İsmayılova ilə əlaqə saxlayıb.
O bildirib ki, Flora Kərimovanın iddiası qismən təmin olunub. “İki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb. Biz iddiamızın tam təmin olunmasını istəyərdik, ancaq qismən təmin olunub. Məbləğ 100 min tələb edilmişdi, 10 min təyin olunub. 1 ay müddətində şikayət vermək hüququmuz var. Şikayətin verilib-verilməməsi bu Flora xanımın öhdəliyindədir. Hələ ki, narazıyıq, ya razıyıq qərar verməmişik, yaxın zamanda bu barədə qərar verəcəyik. Qeyd etdiyim kimi, iddia qismən təmin olunub”.
Qeyd edək ki, Afət Fərmanqızı telefonlarımıza cavab verməyib.
Məhkəmənin qərarı barədə ilk xəbəri "qafqazinfo.az" saytı yayıb.
Digər xəbərlər