Tarix: 22-01-2024 | Saat: 17:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Şəhid Vüsal Sumbatzadənin övladı Yeni Klinikada dünyaya gəlib.
Qarabaginfo.az xəbər verir ki, bunu Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova bildirib.
“13 yanvar tarixində TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gələn şəhid Vüsal Sumbatzadənin övladı artıq evə yazılıb.
39-cu həftəsində qeysəriyyə əməliyyatı ilə doğulan körpənin cinsiyyəti kişi, çəkisi 2.750 kq, boyu 50 sm-dir”, - o deyib.
N.Allahyarovanın sözlərinə görə, perinatal dövrdə spesifik olan dəqiqləşdirilməmiş infeksiya diaqnozu ilə Neonatologiya şöbəsində təxminən 1 həftə müalicə alan körpə və ananın vəziyyəti qənaətbəxşdir.
Körpənin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak edib.
Qeyd edək ki, körpənin atası Vüsal Sumbatzadə Barat oğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub.
Digər xəbərlər