Saytımızı qiymətləndirin


 
 

Əhalinin su təchizatı səviyyəsi yüksəlib
Tarix: 17-01-2024 | Saat: 13:30
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Əhalinin su təchizatı səviyyəsi yüksəlib

2003-2023-cü il ərzində Azərbaycanda əhalinin su təchizatı səviyyəsi 2 milyon 700 nəfərdən 8 milyon nəfərə, başqa sözlə desək, 26 %-dən 77 %-ə yüksəlib. 

 

Qarabaqinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib. 


“Bakı şəhəri üzrə isə bu rəqəm 29 %-dən 80 %-ə qədər artıb. Bu dövrdə sayğaclaşmanın 90 %-ə çatdırıldığını bildirib. Bu müddətdə 22 min kilometrdən yuxarı su xətləri, 8 min kilometrdən yuxarı kanal və kanal tullantı su xətləri çəkilib, 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1 milyon 500 su sayğacı quraşdırılıb, yeni 45 böyük su mənbəyi yaradılıb. Eyni zamanda bu dövrdə 54 şəhər və rayon mərkəzində su təchizatı və tullantı suların infrastrutukturu layihələri icra olunub. Bunların 32-ci tam başa çatdırılıb. Təqribən 1126 kənddə 1 milyon 500 min əhalini təmsil edən ərazidə içməli su təchizatı layihələri icra olunub”,- deyə o bildirib.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər