Tarix: 12-01-2024 | Saat: 17:46
Bölmə:Karusel / Sosial | çapa göndər
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşları artırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qeyd olunur ki, Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Digər xəbərlər