Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb
Tarix: 12-01-2024 | Saat: 14:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Rusiya XİN: "Moskva Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır”

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair bir sübutu varsa, təqdim etsin.

Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.

“Biz Qarabağdakı Rusiya sülhməramlıları əleyhinə Ermənistan hakimiyyət nümayəndələrinin bəyanatlarını görürük və onları destruktiv hesab edirik. Qəribədir ki, bu bəyanatlar davam edir. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiya tərəfinin mövqeyini Ermənistan tərəfinin diqqətinə çatdırmışıq. Bildirmişik ki, bu cür bəyanatlar ikitərəfli münasibətlərdə yeni problemlər yaradır və dəqiq heç nəyin həllinə kömək etmir. Nə ikitərəfli gündəliyin möhkəmlənməsinə, nə regional problemlərin həllinə kömək edir. Lakin təəssüflər olsun ki, görünür bu, orada sanki kiməsə sərf edir. Artıq bilmirəm, bu, Ermənistanda kiməsə sərf edir, ya xaricdə kiməsə sərf edir. Biz hesab edirik ki, bu cür bəyanatlar öz üzərindən məsuliyyəti atmaq üçün verilir. Başqa cür bunu qiymətləndirə bilmirəm. Mən sadəcə olaraq konkret sübutlar gətirirəm. Məsələ ondadır ki, Rusiya Federasiya Şurasının 18 noyabr 2020-ci il tarixli qərarnaməsində deyilir ki, Rusiya Sülhməramlı Kontingenti regiona atəşkəslə bağlı razılaşmaya nəzarət etmək, eləcə də, Qarabağın əhalisinə və mülki obyektlərə ziyan vurulmasının qarşısını almaq məqsədi ilə göndərilir. Mənim sualım bu sənədə istinad edib, Rusiyanı nədəsə ittiham etməyə cəhd edənlərədir. Bunlardan hansı icra olunmayıb? Əgər kimsə vicdanını itirib bunlardan nəyinsə icra olunmadığını deyirsə, o zaman zəhmət olmasa, fakt təqdim eləsin. Faktları, arqumentləri masa üstünə qoysun. Faktlar yoxdur. İsterika və təhqirdən başqa heç nə yoxdur. Bu sənəddə yazılanlar icra olunub. 2023-cü ilin sentyabrında eskalasiya zamanı bu sənədin həsr olunduğu şeylərin baş verməsinə imkan verilməyib. Rusiya sülhməramlılarının peşəkar fəaliyyəti sayəsində bu, mümkün olub. Onların aktiv vasitəçiliyi ilə 2023-cü ilin 20 sentyabrında döyüşlərin dayandırılması haqqında razılıq əldə olunub və Qarabağın erməni əhalisi ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar keçirilib. Rusiya sülhməramlıları Qarabağ ermənilərinə humanitar yardım göstərib, tibbi təxliyəsini həyata keçirib. Heç kəsin onları (sülhməramlıları-red.) təhqir etməyə haqqı çatmır. Kimlərsə onları təhqir etsə, biz cavab verəcəyik. O ki qaldı Qarabağda etnik təmizləmə iddiasına, yenə də faktların təqdim olunmasını istərdik. Əgər hansısa sənəd varsa, hansısa beynəlxalq təşkilatın sənədi varsa, hansı ki, həmin təşkilatı İrəvanda nüfuzlu hesab edirlər, misal üçün BMT və digər təşkilatı... əgər etnik təmizləmənin baş verməsi haqqında hansısa sənəd və ya hansısa bəyanat varsa, zəhmət olmasa, bizə bu sənədə istinad təqdim edin”, - Rusiya XİN sözçüsü yekunlaşdırıb.

***

13:26

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin.

Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.

“Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır. Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir”, - Rusiya XİN sözçüsü vurğulayıb.(Apa)



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər