Tarix: 22-12-2023 | Saat: 12:48
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qarabaqinfo.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.
Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Digər xəbərlər