Saytımızı qiymətləndirin


 
 

Zalujnının otağındakı dinləmə cihazı əslində nə olub? - General açıqladı
Tarix: 19-12-2023 | Saat: 14:25
Bölmə:Karusel / Region | çapa göndər

Zalujnının otağındakı dinləmə cihazı əslində nə olub? - General açıqladı

 

"Ali Baş Komandan Valeri Zalujnının “dinlənməsi” cihazın imitasiyası idi".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun general-mayoru Viktor Yaqun “Azadlıq radiosu"na danışıb.

 

"Mən bildiyimə görə, nəinki səsyazma vasitələri, hətta batareyalar da yox idi. Yəni bu, yazı üçün deyil, hansısa başqa hərəkət üçün nəzərdə tutulmuş ola bilər ki, cihazın imitasiyası idi", - Yaqun deyib. 

O əlavə edib ki, Zalujnının görüşləri zamanı səsyazma cihazlarını bloklamaq üçün binalarda xüsusi avadanlıqdan istifadə olunur və ofislər mütəmadi olaraq yoxlanılır. O, bu cür "dinləmə cihazı"nın olmasını təxribat adlandırıb, çünki hansısa həvəskarın bunu quraşdıra biləcəyinə inanmır.

 

"Bir müddət sonra onlar Zalujnıya bənzər səslə süni intellektin köməyi ilə hazırlanmış bəzi səs yazılarını atmağa çalışacaqlar ki, bu da Ukraynada hərbi və mülki hakimiyyət arasında qarşıdurma mövzusunu bir daha gündəmə gətirəcək. Bu, yəqin ki, düşmənə faydalıdır", - hərbçi söyləyib.

 

Qeyd edək ki, bir müddət əvvəl Zalujnının iş otağından dinləmə cihazı tapılması ilə bağlı məlumatlar yayılmışdı.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər