Saytımızı qiymətləndirin


 
 

“Sülh sazişi ilə bağlı bir çox məsələlər artıq razılaşdırılıb” –Hərbi ekspert
Tarix: 12-12-2023 | Saat: 17:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan rəsmiləri son günlər verdiyi bəyanatlarda rəsmi İrəvanın sülhə hazır olduğu barədə fikirlər səsləndirirlər. Bir müddət əvvəl Ermənistan Parlamentinin sədri Alen Simonyan sülh bəyanatı ilə çıxış etmişdi. Dünən isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakı ilə sülh sazişini imzalamağa hazır olduğunu söyləyib.

Qarabaginfo.az xəbər verir ki, Hərbi-siyasi ekspert Ədalət Verdiyev Azpost.info-ya İrəvandan verilən bəyanatları şərh edərkən deyib ki, Ermənistan yeni şəraiti qəbul etməkdə və sülhdən başqa yolunun olmadığını anlamaqdadır.

Ekspert xatırladıb ki, sülh sazişi ilə bağlı rəsmi Bakıdan göndərilən təkliflərə İrəvan uzun fasilələrdən sonra cavab verirdi: “Bəzən bu proses 6 ayadək çəkib. Son təkliflərə isə təxminən iki aya qədər vaxt ərzində Ermənistan tərəfi cavab verdi. Müşahidə etdiyimiz məqam odur ki, artıq cavablandırma müddəti qısalıb. Bu da ondan xəbər verir ki, bir çox məsələlər artıq razılaşdırılıb, sadəcə bəzi bəndlər üzrə detallar razılaşdırılır. Ona görə də ümid edirəm ki, gələn ilin əvvəlində əsaslı sənəd imzalanacaq”.

“Sülh sazişi imzalanmayanadək sərhəddə hərbi insidentlər ehtimalı çox olacaq. Bu, Ermənistana heç bir xeyir verməyən amildir. Düşünürəm ki, Azərbaycanın yaratdığı reallıqlar Ermənistan tərəfindən zorla da olsa qəbul edilir. Bu gün Ermənistan tərəfi Azərbaycanla birbaşa kontaktlardan çəkinmir. Eyni zamanda, Vaşinqton və Moskva formatında da danışıqlar davam edəcək. Ümid edirəm ki, yaxın vaxtlarda yaxşı hadisələrin şahidi olacağıq”, – deyə Ə.Verdiyev fikrini tamamlayıb.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər