Saytımızı qiymətləndirin


 
 

TDT Baş katibi Azərbaycan və Ermənistanın birgə açıqlamasını təqdir edib
Tarix: 08-12-2023 | Saat: 17:31
Bölmə:Karusel / Region | çapa göndər

 

TDT Baş katibi Azərbaycan və Ermənistanın birgə açıqlamasını təqdir edib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Azərbaycan və Ermənistanın birgə açıqlamasını təqdir edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TDT-nin yaydığı bəyanatda bildirilib.

"TDT Baş katibi siyasi dialoq və etimad quruculuğu tədbirləri barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Respublikası Baş Naziri Aparatının 7 dekabr 2023-cü il tarixində verdiyi birgə açıqlamanı alqışlayır. Birgə açıqlama regionda dayanqılı sülhün təmin edilməsi istiqamətində vacib addımdır. Bu, iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinə gətirib çıxaracaq birbaşa dialoq yolu ilə münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin sağlam ifadəsidir", bəyanatda deyilir.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər