Saytımızı qiymətləndirin


 
 

UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 06-12-2023 | Saat: 10:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov arasında imzalanan memoranduma əsasən, hər iki qurum tələbələrin pərakəndəçilik, gündəlik istehlak məhsulları (FMCG) sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda UNEC-in tələbə və məzunlarının şirkətlər qrupunda istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılacaq, “Veysəloğlu”nun rəhbər şəxsləri tələbələrə satış, pərakəndə və FMCG biznes sahəsi üzrə praktiki dərslər keçəcəklər.

Memorandumda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən UNEC-də pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların maliyyələşdirilməsi və kitab çapı da nəzərdə tutulub.

 

Qeyd edək ki, yeni tədris ilindən başlayaraq, “Veysəloğlu” fəaliyyət göstərdiyi sahədə yüksək ixtisaslı kadrların yetişməsinə dəstək məqsədilə UNEC ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində şirkətdə rəhbər vəzifəsində çalışan şəxslər “Satışın idarəolunması” mövzusunda öz bilik və təcrübələrini tələbələrlə bölüşməyə davam edirlər.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər
27-07-2022, 13:08 Qarabağda araq davası