Saytımızı qiymətləndirin


 
 

Separatçıların Bakıdakı “liderləri” Şahramanyanla danışıb nələr dedilər...
Tarix: 30-11-2023 | Saat: 16:19
Bölmə:Karusel / Region | çapa göndər

Separatçıların Bakıdakı “liderləri” Şahramanyanla danışıb nələr dedilər...

 

Özünü buraxdığını elan etmiş qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Qarabağdan qovulmuş separatçıların Bakıda həbsdə olan keçmiş “liderlər”ilə telefonla danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə separatçıların qondarma “deputatı” David Qalstyan bildirib.

Qalstyan deyib ki, qondarma “Artsax”ın həbsdəki “liderləri” Şahramanyanla danışıqlar zamanı onlara hər hansı işgəncə verilmədiyini bildiriblər.


“Biz Samvel Şahramanyanla görüşüb həbs edilmiş “yüksək vəzifəli məmurlarımız”dan nə xəbər olduğunu soruşanda o, dedi ki, hər şey yaxşıdır, danışırlar. Bakıdan dedilər ki, səhhətləri normaldır, onlara işgəncə verilməyib”, - deyə David Qalstyan bildirib.
 

“Şahramanyan onlarla əlaqə saxlayıb, yoxsa “Artsax liderləri”nin özləri vasitəçilik yolu ilə zəng edib” sualına David Qalstyan detalları bilmədiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixdə keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ separatçılarının başçıları Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, David İşxanyan, Levon Mnasatkanyan, David Babayan, David Manukyan həbs edilərək Bakıya gətirilib.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər
14-05-2023, 17:30 Abdullah Gül səs verib