Saytımızı qiymətləndirin


 
 

Xocalı cəlladının arvadının əmlakı müsadirə edilib
Tarix: 27-11-2023 | Saat: 17:34
Bölmə:Karusel / Region | çapa göndər

Xocalı cəlladının arvadının əmlakı müsadirə edilib

Manvel Qriqoryanın arvadının əmlakı müsadirə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilir ki, İrəvan məhkəməsi general Manvel Qriqoryana və onun dul arvadına aid 4,5 milyon dolların və 8 avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edib.

Hökmə əsasən, "Yerkrapa" Könüllülər İttifaqına əsgərlər üçün nəzərdə tutulan xeyli sayda ərzaq məhsulları, Müdafiə Nazirliyinə isə bir neçə min silah-sursat verilməlidir.

Generalın dul arvadının daşınar və daşınmaz əmlakı hökm icra olunana qədər həbsdə qalacaq.

Xatırladaq ki, Manvel Qriqoryan Xocalı soyqırımını törədən erməni generallarından biri olub. Azərbaycan torpaqlarının işğalında iştirak edən fəallardan biri kimi Qarabağ müharibəsində əsir götürülən yüzlərlə azərbaycanlıdan birini dörd il öz evində qul kimi saxladığını etiraf edib. Qriqoryanın başçılıq etdiyi dəstə Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. Qriqoryan 2020-ci ilin 20 dekabrında ölüb.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər