Tarix: 27-11-2023 | Saat: 13:28
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasında qasırğa nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə regionun fövqəladə hallar nazirliyi məlumat yayıb.
Bildirilib ki, 350-dən çox insan təxliyə edilib.
Qeyd edək ki, Krımda güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Dünəndən başlayaraq yarımadada müşahidə olunan fırtınalı külək Krımın yarım milyon sakini elektrik enerjisiz qoyub. Krımda, içməli suyun tədarükündə də fasilələr yaranıb. Krımdakı qasırğa küləyinin sürətinin saatda 144 km-ə çatdığı bildirilib.
***
Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında baş verən güclü tufan nəticəsində 1 nəfər ölüb.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Xatırladaq ki, bu gün Rusiya FHN tərəfindən yayılan məlumata görə, Krımda havanın kəskin pisləşməsi səbəbindən 1 nəfər itkin düşüb, 4 nəfər xəsarət alıb.(Apa)
Digər xəbərlər