Saytımızı qiymətləndirin


 
 

Putinin 50 milyonluq yaxtası üzə çıxıb- İstanbulda
Tarix: 20-11-2023 | Saat: 17:47
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya prezidenti Vladimir Putinin oktyabrın sonundan İstanbuldakı gəmiqayırma zavodunda olan 50,1 milyon dollar dəyərində 71 metrlik “Viktoriya” adlı yeni superyaxtası üzə çıxıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Dosye” mərkəzi məlumat yayıb.

Mərkəz qeyd edirr ki, bu, Putinin sayca doqquzuncu yaxtasıdır.

Yaxta “Sevmaş” müdafiə zavodunda 2005-ci ildən yığılmağa başlasa da, inşası yalnız 2019-cu ildə tamamlanıb. O, formal olaraq milyarder və prezident Putinin yaxın dostu Gennadi Timçenkonun strukturlarına aiddir.

“Viktoriya”nın tikintisinin uzun müddət gecikməsinə görə, Timçenko prezidentin etimadını doğrultmaq üçün Putinə başqa yaxta – 140 metrlik “Şəhərazad” sifariş verib”, – iş adamının tanışı “Dosye”yə bildirib.

Ümumilikdə, “Sevmaş” prezident üçün iki yaxta inşa edib – “Viktoriya” və “Graceful”.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər