Saytımızı qiymətləndirin


 
 

Putin prezident seçkiləri barədə qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Tarix: 14-11-2023 | Saat: 17:15
Bölmə:Karusel / Region | çapa göndər

Putin prezident seçkiləri barədə qanuna dəyişikliyi TƏSDİQLƏDİ

 

Rusiya lideri Vladimir Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub. 

Sənəddə hərbi vəziyyət olduğu halda prezident seçkilərinin keçirilməsi prosedurunun dəyişdirilməsi nəzərdə tutulub.

Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına (MSK) hərbi vəziyyətin qüvvədə olduğu regionlarda “Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda” dövlət başçısının seçkisini təxirə salmaq hüququ verilir.

MSK həmçinin hərbi vəziyyət dövründə seçkilər üçün xüsusi prosedur tətbiq edə və səsvermə vaxtını qısalda bilər.

MSK Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və ərazisində hərbi vəziyyət tətbiq edilmiş subyektin rəhbəri ilə məsləhətləşdikdən sonra seçkilərin təxirə salınması və ya keçirilməsi barədə qərar qəbul etməlidir.

 

Bundan əlavə, Rusiya Federasiyasının hüdudlarından kənardakı seçki məntəqələrində səsvermənin başlama və bitmə vaxtları, əgər onlar "Rusiya Federasiyası vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə" olduğunu hesab etdikdə, səfirliyin və ya konsulluğun qərarı ilə dəyişdirilə bilər.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər