Rusiya ordusu Ukraynada neft anbarını atəşə tutub, yanğın başlayıb
Tarix: 18-06-2022 | Saat: 22:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
1412 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-06-2022 | Saat: 22:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub.
Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat veriblər.
Novomoskovsk vilayətinə atılan raketlər neft anbarını dağıdıb, güclü yanğın başlayıb.
Hadisə nəticəsində üç nəfər yanıq xəsarətləri alıb.
Xilasedicilər yanğını söndürməyə çalışır.
“İlkin məlumatlara görə, qurbanlar və irimiqyaslı dağıntılar var. İndi bütün məlumatlar dəqiqləşdirilir", - deyə Lukaşuk bildirib.
O, həmçinin Krivoy Roqda günorta saatlarında baş verən raket hücumu nəticəsində iki nəfərin yaralandığını xatırladıb.
Xəbəri paylaş
Digər xəbərlər
16-11-2022, 18:40
İsrafil Məmmədov: SFBF Azərbaycana yatırım imkanlarının tanıdılması baxımından uğurlu platformadır
8-11-2022, 15:34
Azərbaycan Prezidenti erməni xalqına müraciət edib
2-11-2024, 18:01
DYP alternativ yollarla bağlı xəbərdarlıq etdi
13-06-2026, 19:33
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
10-02-2025, 17:50
Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsində zərərçəkən ifadə verib
6-12-2023, 13:20
Zaxarova: NATO ilə toqquşma riskləri artır
27-09-2018, 10:27
Hökumət kredit borcları ilə bağlı dəyişiklik etdi - Yeni qaydalar müəyyənləşdi + DETALLAR


















