Tarix: 09-11-2023 | Saat: 13:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Baş nazir Nikol Paşinyanın Prezident İqamətgahına köçərək prezidentin kabinetini zəbt etməsindən xeyli vaxt keçsə də, o, buranı tərk etməkə tələsmir.
Qarabaqinfo0.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Qeyd edilib ki, Paşinyanın Prezident İqamətgahına köçməsinin səbəbi hökumət binasında növbəti təmir işlərinin aparılması ilə əlaqədardı.
Xatırladılıb ki, təmir işləri may ayında başlayıb. Hökumətdən bildirilmişdi ki, təmir işləri sentyabrın 5-də başa çatacaq.
“Sentyabrdan bir aydan çox vaxt keçib, lakin Nikol Paşinyan hələ də prezident kabinetindəki rahat şəraiti qoyub çıxmır. Görünür, o, burada özünü daha yaxşı qorunan və təhlükəsiz hiss etdiyi üçün iş yerinə qayıtmaq fikrində deyil”, - qəzet yazıb.
“Joğovurd” qeyd edir ki, Paşinyanın hökumət binasına qayıtmaq istəməməsinin səbəbi odur ki, həm müxalifətçilər, həm Qarabağdan köçüb gəlmiş ermənilər, həm də bu hakimiyyətdən narazı olan vətəndaşlar adətən öz aksiyalarını Nazirlər Kabinetinin qarşısında keçirir və onun dincliyini pozurlar.
Qəzet Nikol Paşinyanın öz iqamətgahına nə vaxt qayıdacağı ilə maraqlanıb
“Bizə hökumətdən dedilər: “O, hələ də Prezident İqamətgahındadır, amma yaxın günlərdə hökumət binasına keçəcək”".
“Joğovurd” onu da bildirib ki, Nikol Paşinyan Prezident İqamətgahında yerləşməsi prezident Vaaqn Xaçaturyanın da ürəyincə deyil.
Digər xəbərlər