Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda güllələnənlərin son VƏZİYYƏTİ
Tarix: 07-11-2023 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sumqayıtda güllələnənlərin son VƏZİYYƏTİ

Sumqayıtda evə silahlı basqın zamanı yaralananların son durumu açıqlanıb.

 

Sumqayıt Tibb Mərkəzindən Qarabaqinfo.az-a verilən məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

 

Qeyd olunub ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir.

 

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

 

İstintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyev hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az


Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər