Saytımızı qiymətləndirin


 
 

Sahil Babayev: “Cəmi 24 ay sığorta stajı olan şəxs işsiz qaldıqda vəsaiti ala biləcək”
Tarix: 04-11-2023 | Saat: 15:08
Bölmə:Karusel / Sosial | çapa göndər

Oxu.az - Pensiyalar nə vaxt veriləcək?

“Son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər”.

Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bunun da 70 %-i son iki ilin payına düşüb: “Növbəti dövrlərdə bu say daha da artacaq”.

S.Babayev vurğulayıb ki, işsizlikdən sığorta alanların staj müddəti azaldılır: “Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanimzinin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını biraz da artıra biləcəyik”.



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər