Ana Sayfa > Karusel / Sosial > Sahil Babayev: “Cəmi 24 ay sığorta stajı olan şəxs işsiz qaldıqda vəsaiti ala biləcək”

Sahil Babayev: “Cəmi 24 ay sığorta stajı olan şəxs işsiz qaldıqda vəsaiti ala biləcək”


4-11-2023, 15:08. Yazar: Admin
Oxu.az - Pensiyalar nə vaxt veriləcək?

“Son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər”.

Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bunun da 70 %-i son iki ilin payına düşüb: “Növbəti dövrlərdə bu say daha da artacaq”.

S.Babayev vurğulayıb ki, işsizlikdən sığorta alanların staj müddəti azaldılır: “Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanimzinin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını biraz da artıra biləcəyik”.


Geri dön