Saytımızı qiymətləndirin


 
 

Kadırovdan anormal göstəriş: Üç dəfə havaya, sonra etirazçıya atəş açın!
Tarix: 31-10-2023 | Saat: 14:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Kadırovdan anormal göstəriş: Üç dəfə havaya, sonra etirazçıya atəş açın!

Çeçenistan rəhbəri R.Kadırov təklif edib edib ki, kütləvi iğtişaşlar zamanı havaya üç dəfə atəş açandan sonra, dördüncü güllə etirazçının alnına vurulsun.


Qarabaqinfo.az xəbər verir ki, Ramzan Kadırov təhlükəsizlik qüvvələrini iğtişaşların təhrikçilərini dərhal saxlamağa və bir şəxs üç xəbərdarlıq atəşinə reaksiya verməsə, onun alnına güllə sıxmağa çağırıb.
 

“Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Daha çıxmayacaqlar. Bu, mənim əmrimdir”, - deyə Kadırov respublika hökumətində keçirilən müşavirədə Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının nümayəndələrinə bildirib.


Bazar günü Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Bildirilib ki, onlar gələn İsrail vətəndaşlarını axtarır, həmçinin ərazidən çıxan avtomobilləri yoxlayırlar.


Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Departamentinin məlumatına görə, 83 nəfər saxlanılıb. Kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.


Kadırovun daha əvvəl dediyi kimi, “Çeçenistanda belə bir təxribatın qarşısı alınıb”. O, Dağıstandakı hadisələri şərh edərkən qeyd edib ki, “Rusiyanın düşmənlərinin ardınca getmək və vəziyyəti daxildən sarsıtmaq olmaz”.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər