Tarix: 27-11-2024 | Saat: 20:43
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri zamanı ölkələr arasında 20 saziş imzalanacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev rusiyalı həmkarı ilə görüşündə deyib.
“Bu gün biz çox mühüm sənədlər qəbul edəcəyik - bunlar 20 sazişdir ki, bu, mehriban qonşuluğumuzun və əməkdaşlığımızın gələcək inkişafına əlavə güclü təkan verəcək”, - Tokayev bildirib.
Putin həmçinin qeyd edib ki, bugünkü danışıqlar nəticəsində bir sıra sənədlər, o cümlədən birgə bəyanat qəbul olunacaq.
O vurğulayıb ki, Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır: Qeyd edib ki, təkcə ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 28,5 milyard dollar (təxminən 3 trilyon rubl) təşkil edib.
Digər xəbərlər