Tarix: 28-10-2023 | Saat: 12:15
Bölmə:Karusel / Dünya | çapa göndər
Dünən günorta saatlarına qədər Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə olub və parlamentin sədri Alen Simonyanla birlikdə 1999-cu il, 27 oktyabr tarixində baş verən terror aktı zamanı ölənlərin xatirəsinə ucaldılan abidəni ziyarət edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Məlumata görə, Paşinyan anım tədbirində iştirak etməli və ölənlərin ailə üzvləri ilə görüşməli idi. Ancaq görüş naməlum səbəbdən baş tutmayıb.
Ermənistan hökuməti görüşün niyə ləğv edildiyi barədə məlumat verməyib. Bildirilir ki, parlamentə Paşinyanın gəlməsi barədə çox qısa müddət əvvəl məlumat verilib.
Nəşr yazır ki, Paşinyan izdihamlı tədbirlərdən, xoşagəlməz suallardan qaçır və bir neçə yüz mühafizəçi tərəfindən qorunsa da, təhlükəsizlik problemi yaşayır.
Qəzetin digər məqaləsində isə bildirilir ki, Paşinyanın bu gün planlaşdırılan Zəngəzura səfəri çərçivəsində Qafan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərə 50-ya yaxın polis maşını göndərilib.
Digər xəbərlər