Saytımızı qiymətləndirin


 
 

Xankəndi sakinlərinin qayıdışı müzakirə edildi
Tarix: 12-10-2023 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xankəndi sakinlərinin qayıdışı müzakirə edildiAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşüb.

 

Bu barədə Qarabaqinfo.az -a Komitədən məlumat verilib.

 

Torpaqlarımızın işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu qeyd olunub. Xankəndidən olan məcburi köçkünlər doğma yurda qayıtmaq imkanın yaranmasından hədsiz sevinc hissi keçirdiklərini və buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər. Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin azərbaycanlı sakinlərinin erməni separatçılarına və işğalçılarına qarşı mübarizədə xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə edilib.

 

Bir daha vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görür. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mühüm xidmətləri vardır.

 

İşğaldan azad edilmiş ərazilərdə, dövlətimizin başçısının təsdiqlədiyi Dövlət Proqramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı məmnunluqla qeyd edilib. Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. İndilikdə isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə, Xankəndinə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şərait yaradılmasını xahiş edirlər.

 

Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər