Saytımızı qiymətləndirin


 
 

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir
Tarix: 06-10-2023 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir

Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən təsdiq ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Poçt haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, RİNN yalnız universal poçt rabitəsi xidmətlərinin tariflərinə dair təkliflər verə bilərdi.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına əsasən rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi təsbit edilib.

Təklif edilən qanun layihəsi həmin fərmana uyğun olaraq universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər