Saytımızı qiymətləndirin


 
 

Vardanyandan sonra onlar da saxlanıldı 
Tarix: 29-09-2023 | Saat: 16:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər

vardanyandan-sonra-onlar-da-saxlanildi

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların keçmiş “komandir”i Levon Mnatsakanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “general”a yaxın mənbə açıqlayıb.

Xatırladaq ki, sentyabrın 27-si “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

“Sputnik Ermənistan”ın yaydığı məlumata görə isə, separatçıların “Təhlükəsizlik Şurası”nın keçmiş “rəhbər”i Arşavir Qaramyan da saxlanılıb. 



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər