Apardığımız yoxlamalar zamanı müəyyən edilib ki, Gədəbəy Qızıl-Mis Emalı Zavodunda avtomatik idarəetmə sistemi işləmir və ya yarı avtomat rejimdə çalışır.
Bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev “Micon” Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.
O bildirib ki, bu da tullantıların gölə axıdılması zamanı kimyəvi tullantılara nəzarətin zəif olmasına gətirib çıxarır.
“Biz şirkətlə bərabər ictimai nəzarətin qurulmasına çağırış edirik” – deyə o qeyd edib. (APA)